“Rabitə”dən ilk, “İqtisadçı”dan ikinci qələbə
03.11.2012 - 21:00
“Rabitə”dən ilk, “İqtisadçı”dan ikinci qələbə
Bu gün qadın voleybolçular arasında Super Liqanın II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in istirahət edəcəyi turda “Rabitə” cari mövsümdə debüt matçına çıxıb.

Son dünya çempionatının ikincisi olan “Rabitə” çempionatdakı ilk matçını qələbə ilə başa vurub.

Günün ilk matçında “İqtisadçı” “Lokomotiv Biləcəri” ilə qarşılaşıb. İlk turda “Azərreyl” üzərin sensasion qələbə qazanan universitet komandası bu dəfə də rəqibinə göz açmağa imkan verməyib.

Digər qarşılaşma isə “Telekom”la “Bakı-Azəryol” arasında olub. Rəqibini çətinlik çəkmədən məğlub edən birləşmiş komanda mövsümdə ikinci qələbəsini qazanıb.


3 noyabr
II tur

“İQTİSADÇI” – “LOKOMOTİV-BİLƏCƏRİ”- 3:0 (25:13, 25:11, 25:16)
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Ruhid Xəlilov, Yana Kuznetsova, Fuad Hacıyev

“TELEKOM” – “BAKI-AZƏRYOL” - 0:3 (22:25, 10:25, 14:25)
Hakimlər: Konstantin Selin, Murad Abduləhmanzadə
Xətt hakimləri: Bayram Laçınov, Dilqəm Qəhrəmanov, Fikrət Axundov, Səməndər Eyvazov

“RABİTƏ” – “LOKOMOTİV” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
Hakimlər: Eldar Zülfüqarov, Vüqar Cəfərov
Xətt hakimləri: Səbuhi Əliyev, Rüstəm Cəfərov, İftixar Abdullayev, Samir Nəbiyev

“İqtisadçı” - 6 xal (2 oyun, fərq 6-1), “Bakı-Azəryol” - 6 (2, 6-1), “Rabitə” - 3 (1, 3-0), “Lokomotiv” - 3 (2, 4-3), “Azərreyl” - 0 (1, 1-3), “Lokomotiv-Biləcəri” - 0 (2, 1-6), “Telekom” - 0 (2, 0-6)