Natalya Məmmədova üçün 2 əlamətdar hadisə
03.11.2012 - 11:08
Azərbaycan voleybol yığmasının lideri Natalya Məmmədovanın çıxış etdiyi Rusiyanın “Omiçka” klubu üçün növbəti turdakı oyun böyük önəm daşıyır. Apasport.az saytının məlumatına görə, noyabrın 5-də Moskva “Dinamo”su ilə ev oyunu serbiyalı Zoran Terziçin baş məşqçisi olduğu Omks təmsilçisi üçün Superliqada yubiley – 130-cu matç olacaq.
Məmmədovun komandası belə əlamətdar hadisəni qələbə ilə qeyd etmək niyyətindədirlər. Bununla da “Omiçka” rəqibi ilə oyunlarda balansdakı fərqi də azaltmağa çalışacaq. Belə ki, komandalar arasında keçirilən 9 oyunda omsklular cəmi 2 qələbə qazanıb.
Bu matç Məmmədova üçün eyni zamanda keçmiş komanda yoldaşı ilə görüş baxımından əlamətdardır. Belə ki, Natalyanın ötən mövsüm kapitanı olduğu “Rabitə”də birgə oynadığı xorvatiyalı Nataşa Osmokroviç hazırda “Dinamo”da çıxış edir.

0
0