Bakıda uduzdu, İtaliyada liderliyə yüksəldi
05.11.2012 - 18:58
“Rabitə”nin Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, 4 gün öncə Bakıda Azərbaycan çempionuna uduzan İtaliyanın “Villa Kortese” klubu A seriyasında “Modena”nın qonağı olub.
Oyun ev sahiblərinin 0:3 (22:25, 22:25, 23:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Villa Kortese” 3 turdan sonra 8 xalla vahid liderliyə yüksəlib.
Noyabrın 13-də “Rabitə”ni qəbul edəcək Polşa “Atom”u isə “İmpel”lə münasibətinə aydınlıq gətirib. Qarşılaşma rəqibimizin 3:1 (25:17, 25:23, 22:25, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da 5 turdan sonra xallarının sayını 9-a yüksəldən Sopot təmsilçisi 5-ci yerdə qərarlaşıb.
Çexiya çempionatı noyabrın 7-də start götürəcəyindən “Agel” həmin gün Slaviya “Praqa”sı ilə oyunu gözləyir.
Xatırladaq ki, rəqibləri kimi “Rabitə” də Azərbaycan çempionatını qələbə ilə başa vurub. Onlar Super Liqada keçirdikləri ilk turda “Lokomotiv”ə 3:1 hesabı ilə qalib gəliblər.

0
0