Yığmamızın oyunçusuna Koreyada çatan olmadı - FOTO
05.11.2012 - 19:05
Yığmamızın oyunçusuna Koreyada çatan olmadı - FOTO
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, onun komandası “Hyundai” Daejeonda KGC-in qonağı olub.

İlk turun oyunu qonaqlar üçün yaxşı alınıb. Əsas heyətdə yer alan təmsilçimizin komandası 3:0 (25:16, 25:22, 25:23) hesabı ilə qalib gəlib. Ağayeva 19 xalla qarşılaşmanın bombardiri olub. Onun ən yaxın izləyicisi komanda yoldaşı Yanq Hyojindir ki, o da Yanada 5 xal az toplayıb.

Qeyd edək ki, “Hyundai” ikinci turda İnçeonda “Heungkuk”la qarşılaşacaq. Matç noyabrın 8-nə təsadüf edəcək.