Yığmamız bütün rəqiblərindən güclü oldu
06.11.2012 - 09:38
Kişi voleybolçular arasında Qurban Bayramına həsr edilmiş turnirə yekun vurulub. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Masazır Olimpiya Mərkəzində baş tutan yarışın qalibi yeni formalaşan Azərbaycan millisi olub. Onlar həlledici qarşılaşmada “Neftçi”yə 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yarışda 4 komanda mübarizə aparırdı. Bu klublardan bütün görüşlərini 0:3 hesablı məğlubiyyətlə bitirən “Sumqayıt” sonuncu, yalnız onlara qalib gələn “Sərhədçi” isə 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda 4 komanda mübarizə aparırdı. Bu klublardan bütün görüşlərini 0:3 hesablı məğlubiyyətlə bitirən “Sumqayıt” sonuncu, yalnız onlara qalib gələn “Sərhədçi” isə 3-cü yeri tutub.
0
0