Rəqiblərimizin duelində “Dinamo” sevindi
06.11.2012 - 10:00
Qadın voleybolçular arasında Rusiya Superliqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin üzvü Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Moskva “Dinamo”sunu qəbul edib.
Gərgin keçən matçda qalib tay-brekdə müəyyənləşib. Həlledici setdə təmsilçimizin komandası zəif oynayıb - 2:3 (22:25, 18:25, 27:25, 25:19, 13:15). Məmmədova klubuna 28 xal qazandırıb.
Beləliklə, aktivinə 1 xal əlavə edən “Omiçka” 6-cı yerdəki mövqeyini qoruyub (7 xal). Paytaxt təmsilçisi isə xallarının sayını 12-yə çatdırıb və turnir cədvəlində 4-cüdür.
Qeyd edək ki, hər 2 klub avrokuboklarda Azərbaycan komandaları ilə oynayacaq. “Omiçka” CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”ya, “Dinamo” isə Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv”ə rəqibdir. Moskvalılar Bakıda baş tutan ilk oyunda 0:3 hesabı ilə uduzsalar da, evdə qisas alacaqlarına ümid bəsləyirlər.

0
0