Təmsilçimizin Rusiyaya gedəcəyi vaxt bilindi
06.11.2012 - 10:18
Təmsilçimizin Rusiyaya gedəcəyi vaxt bilindi
CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”nın “Omiçka” ilə oyunlarından birinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi noyabrın 21-də Omska səfər edəcək.

Bu komandalar arasında ikinci görüş olacaq. Həmin oyuna kimi Bakıda keçirilməli olan qarşılaşmanın tarixi isə bugünlərdə açıqlanacaq. Matçı noyabrın 13-15-i aralığında keçirilməlidir. Rəqibimiz isə noyabrın 9-da Rusiya çempionatının VI turunda “Severstal”la (Çerepovets) səfər oyunundan sonra Azərbaycana gəlməyi planlaşdırır.

Qeyd edək ki, “Omiçka” – “İqtisadçı” görüşünün başlama saatı hələ dəqiqləşməyib.