Quillermo Qallardo: Bakı klubu bizə problemlər yaradacaq
06.11.2012 - 14:07
Quillermo Qallardo: Bakı klubu bizə problemlər yaradacaq
CEV kubokunun 1/8 final mərhələsində “Bakı-Azəryol”un rəqibi “Rote Raben”in (Almaniya) baş məşqçisi Quillermo Qallardo təmsilçimizlə oyunlardan danışıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı mütəxəssis Bakı təmsilçisi ilə matçların çətin olacağını bildirib.

Qallardonun sözlərinə görə, noyabrın 14-də Almaniyada keçiriləcək ilk qarşılaşmada lazımı nəticə qazanmaq vacibdir: “Bu halda Bakıya rahat yollanmaq olacaq. Fikrimcə, “Bakı-Azəryol” bizə mərhələ adlamaq yolunda böyük problemlər yaradacaq. Çünki hər 2 qarşılaşma gərgin mübarizə şəraitində keçəcək”.