Məcburi mərkəzi oyun, yaxud liderlər autsayderlərə qarşı
06.11.2012 - 15:37
Məcburi mərkəzi oyun, yaxud liderlər autsayderlərə qarşı
Sabah qadın voleybolçular arasında Super Liqanın III turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq turda “Lokomotiv” istirahət edəcək.

Günün mərkəzi oyunu isə “Bakı-Azəryol”la “Rabitə” arasında olacaq. Əslində digər liderlərin autsayderlə oynaması bu matçı daha maraqlı etsə də, son illərin dəyişməz Azərbaycan çempionunun asan qalib gələcəyi gözləniləndir.

Düzdür, “Bakı-Azəryol” hazırda top fərqinə görə turnir cədvəlinə başçılıq edir və oktyabrda dünya çempionatı ərəfəsində “Rabitə” ilə yoldaşlıq görüşündə qələbə qazanıb (3:2). Lakin bu dəfə onların Marçello Abbondanzanın yetirmələrindən xal almaları belə çətin olacaq.

Turun ikinci görüşündə “Azərreyl” “Lokomotiv Biləcəri”ni sınağa çəkəcək. Alessandro Çiappininin komandasının rəqibə şans verməyəcəyi inandırıcıdır. Amma autsayderin onlarla oyuna iddialı çıxacağı da istisna deyil. Çünki “Lokomotiv Biləcəri”ni “Azərreyl”lə görüşə yeni baş məşqçi Con Nikolakis çıxaracaq. Bu səbəbdən onların əvvəlki kimi asan “yem” olması gözlənilmir.

Bu mövsüm hələ uduzmayan “İqtisadçı”nın yenə də büdrəməyəcəyi proqnozlaşdırılır. Buna səbəb isə onların gənclərdən qurulmuş “Telekom”la oynamasıdır. İkincilərin əsas məqsədi oyun praktikası qazanmaq olduğu halda, universitet komandası çempionatda medallar uğrunda mübarizə aparır.


7 noyabr
III tur

15:00. “BAKI-AZƏRYOL” – “RABİTƏ”
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Elmin Abdullayev, Dilqəm Qəhrəmanov, Zaur Hacıyev

17:00. “AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ”
Hakimlər: Murad Abdurəhmanzadə, Eldar Zülfüqarov
Xətt hakimləri: Pərviz Mansimov, Rüstəm Cəfərov, Fikrət Axundov, Cəlil Cəlilov

19:00. “İQTİSADÇI” – “TELEKOM”
Hakimlər: Ceyhun İsmayılov, Səbuhi Əliyev
Xətt hakimləri: Emil Əmirxanlı, Fuad Hacıyev, Ruhid Xəlilov, Səməndər Eyvazov

Bakı-Azəryol2206-1173-1256
İqtisadçı
2
2
0
6-1
177-139
6
Rabitə
1
1
0
3-1
90-86
3
Lokomotiv
2
1
1
4-3
161-138
3
Azərreyl
1
0
1
1-3
99-102
0
Lokomotiv Biləcəri2
0
2
2-6
119-173
0
Telekom
2
0
2
0-6
94-150
0