“Omiçka”nın Bakıda oynayacağı gün dəqiqləşdi
07.11.2012 - 09:49
“Omiçka”nın Bakıda oynayacağı gün dəqiqləşdi
“İqtisadçı”nın CEV kubokunun 1/8 final mərhələsində “Omiçka” ilə ilk oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Rusiya komandasını noyabrın 13-də qəbul edəcək.

Voleybol Mərkəzində baş tutacaq matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Omiçka” – “İqtisadçı” görüşü noyabrın 21-də olacaq. Lakin hələ qarşılaşmanın başlama saatı bilinmir.