“Omiçka” - “İqtisadçı”: Hər 2 oyunun vaxtı dəqiqləşdi
08.11.2012 - 09:53
“Omiçka” - “İqtisadçı”: Hər 2 oyunun vaxtı dəqiqləşdi
CEV kubokunun 1/8 final mərhələsində “Omiçka” (Rusiya) – “İqtisadçı” (Azərbaycan) görüşünün başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Viktor Blinov adına İdman-Konsert Kompleksində keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşma noyabrın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, Bakıdakı ilk oyun noyabrın 13-də saat 20:00-da başlayacaq.