Azərbaycan çempionu Çin klubu ilə anlaşdı - FOTO
08.11.2012 - 14:43
Azərbaycan çempionu Çin klubu ilə anlaşdı - FOTO
Azərbaycan çempionu Kimberli Qlassın Koreyanın “Ariels” klubuna transferi reallaşmayıb. Apasport.az saytının məlumatına görə, Bakı azarkeşlərinin sevimlisi olan 28 yaşlı voleybolçunun keçidi son anda alınmayıb.

Buna baxmayaraq, “Rabitə” ilə 2 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu və Çempionlar Liqasının gümüş mükafatını qazanan Qlass karyerasını Asiyada davam etdirəcək. O, artıq Çinin “Quançjou Everqrand” klubu ilə anlaşıb. Kimberli son ölkə çempionu ilə 1 mövsümlük razılığa gəlib.

Qeyd edək ki, Kimberli 2010-cu ildə “Rabitə”yə transfer olunmuşdu. Lakin o, son ildə əsas heyətdəki yerini itirdiyindən klub onunla mövsümün sonunda yeni müqavilə imzalamamışdı.