Bakı derbisi: Tailand yığması dünya ulduzlarına qarşı
09.11.2012 - 00:13
Sabah qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan Super Liqasında 4-cü turun oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Voleybol Mərkəzində baş tutacaq turun mərkəzi oyunu hazırkı ölkə çempionu, DÇ-2012-nin finalçısı olan "Rabitə" ilə ilk üç turdan sonra komandaların yarış cədvəlinə şəriksiz liderlik edən "İqtisadçı" arasında olacaq.
Baş məşqçisi türkiyəli Bülənt Karslıoğlu olan "İqtisadçı" yeni mövsümdə hələlik büdrəməyib. Belə ki, ölkəmizi təmsil etdiyi CEV kubokunun 1/16 final mərhələsində keçirdiyi hər iki oyunu qələbə ilə başa vuraraq, 1/8 finala adlayan "tələbələr" milli çempionatda isə geridə qalan hər 3 oyunu qələbə ilə başa vurmaqla yarış cədvəlinin şəriksiz liderinə çevrilib.
"Rabitə"yə gəlincə, italiyalı mütəxəssis Marçello Abondanzanın rəhbərliyi altında meydana çıxan ölkə çempionu hazırda mübarizə apardığı Çempionlar Liqasında iki turdan sonra yer aldığı qrupa liderlik etməklə yanaşı, həm də Azərbaycan superliqasında keçirdiyi hər iki görüşdə meydanı qələbə ilə tərk edib. Bu qələbələr "Rabitə"yə yarış cədvəlinin 3-cü pilləsində qərarlaşmaq imkanı verib.
Tutduqları mövqedən asılı olaraq, hər iki komanda qələbələr seriyasını davam etdirməklə aktivinə növbəti qələbəni yazmağa çalışacaq. Maraqlıdı ki, "Rabitə"nin heyətində əsasən dünyanın ən güclü və bahalı voleybolçuları, "İqtisadçı"da isə Tailand yığmasının əsas heyətinin oyunçuları cəmləşib. Ona görə də bu görüşü məcazi mənada bir növ Tailand və dünya yığmalarının oyunu kimi səciyyələndirmək də olar.
Turun saat 15.00-da başlanacaq ilk oyunu Super Liqanın debütantı və autsayderi olan "Telekom"la "Azərreyl" arasında olacaq. Startda büdrəyib növbəti turda aktivinə ilk qələbəsini yazdıran "Azərreyl"in bu turu da qələbə ilə başa vuracağına heç bir şübhə yeri yoxdu.
4-cü tura saat 19.00-da start fiti veriləcək "Lokomotiv" - "Azəryol-Bakı" matçı ilə yekun vurulacaq. 3-cü turda istirahət edən "Lokomotiv"in Çempionlar Liqasında, "Azəryol-Bakı"nın isə CEV kubokunda uğurla çıxış etdiyini və eləcə də hər iki komandanın Super Liqada bir dəfə büdrədiyini nəzərə alsaq, bəlli görüşün olduqca gərgin keçəcəyini söyləmək olar. Bu oyunu da prinsipiallıq baxımından mərkəzi oyun kimi dəyərləndirsək, heç də səhv etmərik.
1. İqtisadçı 3 3 0 9-1 9
2. Rabitə 2 2 0 6-2 6
3. Bakı-Azəryol 3 2 1 7-4 6
4. Azərreyl 2 1 1 4-3 3
5. Lokomotiv 2 1 1 4-3 3
6. Lokomotiv B. 3 0 3 2-9 0
7. Telekom 3 0 3 0-9 0

0
0