Azərbaycan çempionatının ilk əkizləri
09.11.2012 - 13:33
“Lokomotiv Biləcəri” Azərbaycan çempionatında ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın autsayderi müəyyən müddətdir düşərgəsində olan Yuliya və İrina Makarenko bacıları ilə anlaşmanı rəsmiləşdirib.
“Omiçka”nın (Rusiya) əvəzedici komandasından gələn 20 yaşlı əkizlərlə mövsümün sonuna kimi razılıq əldə olunub. Belə hala - əkizlərin eyni klubda oynamasına isə Azərbaycan çempionatında hələ indiyədək rast gəlinməmişdi.
Onlar bununla, Super Liqa tarixində yeniliyə nail olublar.
Yuliya orta sahə voleybolçusudur. 185 sm boya malik oyunçu Rusiyanın Tələbələr Liqasının gümüş mükafatçısıdır. İrina isə oyun qurucusudur. Onun boyu bacısından 3 sm böyük olsa da, hələ heç bir titul qazanmayıb.
Qeyd edək ki, “Lokomotiv Biləcəri” mövsümdə keçirdiyi hər 3 oyunu məğlubiyyətlə başa vurub.

0
0