“Rabitə” “İqtisadçı”nı da büdrətdi
10.11.2012 - 21:36
Bu gün qadın voleybolçular arasında Super Liqanın IV turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 3 oyundan sonra məğlubiyyət acısı yaşamayan yalnız “Rabitə” qalıb.
Onlar turun mərkəzi qarşılaşmasında “İqtisadçı”ya da qalib gəlməklə, ardıcıl üçüncü qələbələrini qazanıblar. Universitet komandası da son çempionla matça kimi xal itirmədiyindən görüş maraqlı alınıb. Düzdür, ilk set “Rabitə”nin aşkar üstünlüyü şəraitində keçib. Lakin məğlubiyyətdən nəticə çıxaran “İqtisadçı” növbəti hissədə Marçello Abbondanzanın yetirmələrinə çətin anlar yaşadıb.
Bunun nəticəsi kimi ikinci setdə hesabı bərabərləşdirən komanda üçüncü hissədə də qələbəyə yaxın olub. Amma “Rabitə”nin voleybolçularının səviyyəsi və təcrübəsi onların hesabda önə keçməsinə imkan verməyib.
Əsasını asiyalılar təşkil edən “İqtisadçı” dördüncü setdə də əzmkarlıq nümayiş etdirib. Onlar 8 top (13:21) fərqi ilə geridə olduqları hissədə tarazlıq yaradıblar (24:24). Amma yenə yekunda “Rabitə” səhvsiz oynayıb və 3 xal qazanıb.
Günün digər qarşılaşmaları isə liderlərin qələbəsi ilə başa çatıb. “Azərreyl” debutant “Telekom”a hər 3 hissədə qalib gəlib. “Lokomotiv” isə “Bakı-Azəryol”la matçda yalnız ikinci setdə çətinlik çəkib. Buna baxmayaraq, onlar da 3:1 hesablı qələbə sayəsində 3 xala yiyələniblər.
Beləliklə, 4-cü turdan sonra “Rabitə” turnir cədvəlində ilk pilləyə yüksəlib. Onlar “İqtisadçı”dan 1 oyun az keçirməklərinə baxmayaraq, set nisbətində rəqiblərini qabaqlayıblar.
IV turu qalib kimi başa vuran “Azərreyl” və “Lokomotiv” isə 1 pillə irəliləyib. Bu, “Bakı-Azəryolservis”in mövqeyini itirməsi ilə bağlıdır.
10 noyabr
IV tur
“TELEKOM” – “AZƏRREYL” - 0:3 (17:25, 19:25, 12:25)
Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov
Xətt hakimləri: Emil Əmirxanlı, Vüqar Mansimov, Samir Nəbiyev, Pərviz Mansimov
“RABİTƏ” – “İQATİSADÇI” - 3:1 (25:15, 24:26, 26:24, 26:24)
Hakimlər: Eldar Zülfüqarov, Murad Abdurəhmanzadə
Xətt hakimləri: İftixar Abdullayev, Rüstəm Cəfərov, Dilqəm Qəhrəmanov, Fikrət Axundov
“LOKOMOTİV” – “BAKI-AZƏRYOL” - 3:1 (25:14, 26:28, 25:15, 25:19)
Hakimlər: Konstantin Selin, Zaur Hacıyev
Xətt hakimləri: Emil Abdullayev, Fuad Hacıyev, Bayram Laçınov, Səməndər Eyvazov
Qeyd edək ki, IV turda “Lokomotiv Biləcəri” istirahət edib.

Rabitə | 3 | 3 | 0 | 9-3 | 298-264 | 9 |
İqtisadçı | 4 | 3 | 1 | 10-4 | 341-292 | 9 |
Azərreyl | 3 | 2 | 1 | 7-3 | 249-183 | 6 |
Lokomotiv | 3 | 2 | 1 | 7-4 | 262-214 | 6 |
Bakı-Azəryol | 4 | 2 | 2 | 8-7 | 338-333 | 6 |
Lokomotiv Biləcəri | 3 | 0 | 3 | 2-9 | 152-248 | 0 |
Telekom | 4 | 0 | 4 | 0-12 | 194-300 | 0 |

0
0