Bu dəfə “25”
11.11.2012 - 10:40
Bu dəfə “25”
Qadın voleybolçular arasında Rusiya çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Severstal”ın qonağı olub.

Çerepovetsdə baş tutan oyun Omsk təmsilçisinin 3:0 (25:18, 25:22, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb. Məmmədova komandasına 25 xal qazandırıb.

CEV kubokunun 1/8 final mərhələsində də “İqtisadçı”nın rəqibi olan “Omiçka” bu matçdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında “Lokomotiv”lə eyni qrupda yer alan Moskva “Dinamo”su da turu qələbə ilə başa vurub. Onlar “Proton”dan üstün olublar – 3:0 (25:20, 25:20, 25:10). Paytaxt təmsilçiləri bununla xallarının sayını 15-ə çatdırıb və turnir cədvəlində ilk “üçlüyü” qapayır.