Rəqiblərimiz darmadağınla zirvədə
11.11.2012 - 14:55
Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının avrokuboklardakı rəqibləri ölkə çempionatlarında növbəti matçlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, “Azərreyl”, “Lokomotiv” və “Bakı-Azəryol”la qarşılaşacaq komandalar oyunlarını qələbə ilə başa vurublar.
Belə ki, “Azərreyl”lə Çempionlar Liqasında eyni qrupda yer alan Almaniya “Dresdner”i “Münster”lə üz-üzə gəlib. Oyunda rəqibimiz 3:1 (25:16, 20:25, 25:23, 25:17) hesabı ilə qalib gəlib. Alessandro Çiappininin yetirmələrini İstanbulda 3:0 hesabı ilə məğlub edən “Əczaçıbaşı”da turu 3 xalla bitirib. Onlar “Sarıyer Bələdiyyə”dən güclü olublar – 3:0 (25:14, 25:22, 25:18).
Bu matçlardan sonra “Dresdner” 8, “Əczaçıbaşı” 12 xalla (hər ikisi 4-cü tur) turnir cədvəlinə başçılıq edir.
Almaniya çempionatında CEV kubokunun 1/8 finalında “Bakı-Azəryol”la oynayacaq “Rote Raben” isə səfərdə “Suhl” üzərində qələbə qazanıb – 3:0 (25:11, 25:20, 25:19). Onlar 4 turunun yekununa əsasən 4 xalla 7-cidirlər.
Çempionlar Liqasında “Lokomotiv”in rəqibi Polşa “Bank Fakro”su da turu qalib kimi başa vurub. Onlar VI turda “İmpel Qvardiya”ya güclərini göstəriblər – 3:0 (25:19, 25:14, 25:14). Bu qələbə sayəsində “Bank Fakro” da vahid liderə çevrilib (15 xal).
Polşa çempionatında mübarizə aparan və Çempionlar Liqasında “Rabitə” ilə qarşılaşacaq “Atom” isə 6-cı qarşılaşmasına bu gün çıxacaq. Onlar PTPS Pila ilə oynayacaqlar.

0
0