“Rabitə” üçün Romeo
12.11.2012 - 09:28
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunu idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı klublarından mübarizəyə ilk olaraq qoşulacaq “Rabitə”nin Polşada “Atom”la matçı rumıniyalı Romeo Marin Nikolae təyinat alıb.
Noyabrın 13-də keçiriləcək qarşılaşmada köməkçi hakim funksiyasını Flipp Vericke (Fransa) yerinə yetirəcək.
Bu oyundan bir gün sonra “Azərreyl” – “Tauron” (Polşa) duelində ədaləti Aleksandr Pyasetski (Belarus) və Andrey Zenoviç (Rusiya) qoruyacaqlar. Noyabrın 15-də “Bank Fakro” (Polşa) – “Lokomotiv” görüşündə isə Dusan Riçlik (Çexiya) və Heyke Kraft (Almaniya) hakimlik edəcəklər.

0
0