Katarjina Skorupa: Hamı komandamızdan yalnız qələbə gözləyir
12.11.2012 - 09:45
Katarjina Skorupa: Hamı komandamızdan yalnız qələbə gözləyir
“Rabitə” güclü komandadır. Bunun üçün Azərbaycanda hamı komandamızdan yalnız qələbə gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Katarjina Skorupa deyib.

O, Çempionlar Liqasının III turunda qarşılaşacaqları “Atom”la (Polşa) oyun barədə fikirlərini açıqlayıb. Polşa millisinin də şərəfini qoruyan toppaylayıcı bildirib ki, əsas məqsədləri qrup liderliyini qorumaq və bütün matçlarda qələbə qazanmaqdır: Bizdən fərqli, “Atom” üzərində təzyiq yoxdur. Onlar bütün riskə gedəcəklər. Bununla yanaşı, Sopot təmsilçisi həm də evdə oynayır. Bilirik ki, heyətlərində təhlükəli voleybolçular da yer alır. Xüsusilə Rurku fərqləndirmək olar. O güclü olduğunu əvvəlki matçlarda da sübut edib”.

Qeyd edək ki, “Atom” – “Rabitə” qarşılaşması sabah saat 21:00-da başlayacaq.