“Azərbaycan çempionuna qarşı bütün gücümüzü ortaya qoyacağıq”
12.11.2012 - 10:23
“Azərbaycan çempionuna qarşı bütün gücümüzü ortaya qoyacağıq”
Çempionlar Liqasının III turunda “Rabitə” ilə qarşılaşacaq Polşa “Atom”unun baş məşqçisi Yeji Matlak matç barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis görüşə nikbin baxdığını deyib.

O bildirib ki, sabah oynayacaqları “Rabitə” güclü komanda olsa da, meydana qələbə üçün çıxacaqlar: “Biz hər matça qələbə üçün çıxırıq. Komandamızın əsas məqsədimiz budur. Düzdür, rəqibimiz çox güclüdür. Lakin biz də Azərbaycan çempionu ilə görüşdə bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, Matlak “Atom”da “Azərreyl”in baş məşqçisi Alessandro Çiappinini əvəzləyib.