İBK millimizin oyunçusunu üzdü
12.11.2012 - 10:45
Qadın voleybolçular arasında Koreya çempionatında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin üzvü Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” evdə İBK ilə qarşılaşıb.
Matç təmsilçimizin komandası üçün uğurlu alınmayıb. Onlar 1:3 (22:25, 29:31, 25:14, 29:31) hesabı ilə uduzublar. Ağayeva görüşdə 29 xal qazanıb.
Qeyd edək ki, ilk turda qələbə qazanan “Hyundai” bundan öncəki turda da məğlubiyyət acısı yaşamışdı.

0
0