Azərbaycan çempionatının mükafatçıları qərarlarını dəyişdi
12.11.2012 - 15:43
“İqtisadçı” ilə Azərbaycan çempionatının bürünc mükafatını qazanan amerikalı Tayyubu Xaneef-Park son anda qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu karyerasını bitirmək fikrindən vaz keçib.
London-2012-nin gümüş medalçısı artıq oynayacağı komanda ilə razılığa da gələrək, rəsmi müqaviləyə imza atıb. Son 2 ildə “İqtisadçı”da oynayan Xaneef-Park bundan sonra Puerto-Rikada çıxış edəcək. O, “Lançeras de Katano”nun şərəfini qoruyacaq.
Tayyubu ilə yanaşı, “Rabitə” ilə Azərbaycan və dünya çempionu olan amerikalı Meri Spayser də karyerasını bu klubda davam etdirməyə qərar verib. O, daha öncə Türkiyənin “İBA Kimya TED Kolejliler” komandasında çıxış etməyi planlaşdırsa da, son anda həmyerlisi kimi fikrini dəyişib.

0
0