3 gün dalbadal
12.11.2012 - 15:45
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan hər 3 komandamız Polşa klubları ilə qarşılaşacaq.
Bakı klublarından öncə mübarizəyə “Rabitə” başlayacaq. Marçello Abbondanzanın yetirmələri Sopotda “Atom”un qonağı olacaq. Görüşün kifayət qədər gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Çünki polşalılar evdə azarkeş dəstəyi altında əla oynayırlar. Amma “Rabitə”nin qalib gələcəyi daha inandırıcıdır. Çünki qrup lideri olan komandamız bunu rəqibə güzəştə getməyəcək.
Bu azmış kimi, “Rabitə” ötən il Polşada analoji yarışın 1/8 finalındakı məğlubiyyətində əvəzini çıxmağı da planlaşdırır. Düzdür, həmin vaxt Bakı təmsilçisi cavab oyununda qalib gələrək mərhələ adlamışdı. Lakin bu dəfə səfərdə qazanılacaq qələbə Azərbaycan çempionunu I dövrəni lider kimi başa vurmasını təmin edəcək. Qrupumuzun digər matçında “Villa Kortese” (İtaliya) “Agel”lə (Çexiya) qarşılaşacaq.
“Rabitə”dən 1 gün sonra “Azərreyl” “Tauron”u sınağa çəkəcək. II turda “Əczaçıbaşı”ya uduzan Alessandro Çiappininin yetirmələrinin qisasını polşalılardan alacağı gözləniləndir. Çünki Bakıda məğlubiyyəti sevməyən “dəmiryolçular” qarşılaşmanın aşkar favoritidir. Qələbə həm də “Azərreyl”in qrup birincisi olmaq şansını saxlayacaq.
Bundan əlavə, hələ xal qazana bilməyən qonaqlarının bu istəyini “Azərreyl”lə oyunda reallaşdırmaq şansları da yoxdur. Qrupun digər görüşündə “Dresdner” (Almaniya) “Əczaçıbaşı” (Türkiyə) ilə üz-üzə gələcək.
Turun son oyun günündə “Lokomotiv” “Bank Fakro” ilə gücünü yoxlayacaq. Komandamızı Polşada çətin görüş gözləyir. Lakin “dəmiryolçular”ın hesabat turunda Moskva “Dinamo”suna asan qalib gəlməsi, Polşa səfərindən də uğurla dönməsinə ümidləri artırır. Təmsilçimiz 3 xal sayəsində həm qrup liderliyini yüksəldəcək, həm də növbəti mərhələyə yüksəlmək şansını artıracaq. Bu matçla eyni gündə “Dinamo” (Rusiya) “Srvena Zvezda” (Serbiya) ilə münasibətinə aydınlıq gətirəcək.
Çempionlar Liqası
III tur
B qrupu
13 noyabr
21:00. “Atom” (Polşa) - “Rabitə” (Azərbaycan)
Hakimlər: Romeo Marin Nikolae (Rumıniya), Flipp Vericke (Fransa)
Sopot, Hala Eqro Arena
D qrupu
14 noyabr
18:00. “Azərreyl” (Azərbaycan) – “Tauron” (Polşa)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Andrey Zenoviç
Bakı, Voleybol Mərkəzi
F qrupu
15 noyabr
21:00. “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Dusan Riçlik (Çexiya), Heyke Kraft (Almaniya)
Muşina, Hala Muşina

Rabitə | 2 | 2 | 0 | 6-1 | 172-140 | 6 |
Atom | 2 | 1 | 1 | 4-3 | 164-154 | 3 |
Villa Kortese | 2 | 1 | 1 | 4-4 | 180-185 | 3 |
Agel | 2 | 0 | 2 | 0-6 | 114-151 | 0 |
D qrupu
14 noyabr
18:00. “Azərreyl” (Azərbaycan) – “Tauron” (Polşa)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Andrey Zenoviç
Bakı, Voleybol Mərkəzi
Əczaçıbaşı | 2 | 2 | 0 | 6-1 | 170-141 | 6 |
Azərreyl | 2 | 1 | 1 | 3-4 | 155-145 | 3 |
Dresdner | 2 | 1 | 1 | 4-5 | 176-205 | 2 |
Tauron | 2 | 0 | 2 | 3-6 | 191-201 | 1 |
F qrupu
15 noyabr
21:00. “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Dusan Riçlik (Çexiya), Heyke Kraft (Almaniya)
Muşina, Hala Muşina
Lokomotiv | 2 | 2 | 0 | 6-2 | 188-145 | 5 |
Bank Fakro | 2 | 1 | 1 | 5-3 | 177-152 | 4 |
Dinamo | 2 | 1 | 1 | 3-5 | 160-177 | 2 |
Srvena Zvezda | 2 | 0 | 2 | 2-6 | 137-188 | 1 |
0
0