Rəqibimiz aciz qaldı
12.11.2012 - 18:03
Qadın voleybolçular arasında Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Villa Kortese” İtaliya A seriyasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Marçello Abbondanzanın sabiq komandası IV tur çərçivəsində “Konegliano”nu qəbul edib.
Matç qonaqların asan qələbəsi ilə başa çatıb. “Villa Kortese” 1 setə belə həsrət qalıb – 0:3 (20:25, 21:25, 23:25).
Qeyd edək ki, bu görüşdən sonra “Rabitə”nin rəqibi 8 xalla turnir cədvəlində 4-cü yerdədir.

0
0