Hücumçumuz Rusiyada liderliyi əldən vermir
12.11.2012 - 18:34
Hücumçumuz Rusiyada liderliyi əldən vermir
Qadın voleybolçular arasında Rusiya Superliqasının arxada qalan 6 turunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Omiçka”da çıxış edən Azərbaycan millisinin lideri Natalya Məmmədova yenə öz mövqeyini qoruyub.

O, 5 nominasiya üzrə müəyyənləşən cədvəldə yenə birinci yerdə gedir. 28 yaşlı hücumçumuz setlər üzrə xal toplamaqda bütün rəqiblərini arxada qoyub. O, Omsk təmsilçisinin heyətində hər hissədə orta hesabla 6,18 xal yığıb. Məmmədova ən yaxın izləyicisi Natalya Obmoçayeva (“Dinamo”, Moskva) 0,86 xal qabaqlayır.

Qeyd edək ki, “Omiçka” 6 turdan sonra 10 xalla turnir cədvəlində 7-ci yerdədir.