“Rabitə” “Atom”u zərərsizləşdirdi
13.11.2012 - 22:33
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından öncə mübarizəyə “Rabitə” başlayıb.
Polşada “Atom”un qonağı olan təmsilçimiz üçün bu qarşılaşmanın asan keçməyəcəyi proqnozlaşdırılsa da, Marçello Abbondanzanın yetirmələri rəqiblərini darmadağın ediblər.
Belə ki, qarşılaşma komandamızın üstünlüyü ilə başlayıb. Voleybolçularımız doğma divarlar arasında daha yaxşı təsir bağışlayan Sopot klubuna göz açmağa imkan verməyiblər və nəticədə 25:19 hesablı qələbəyə seviniblər.
Ardınca “Atom” oyunda dönüş yaratmaq istəsə də, “Rabitə”nin müqavimətini qıra bilməyib. Komandamız hücumda və blokda inamlı oyunu ilə rəqibin hələ zəif olduğunu sübut edib – 25:22.
Üçüncü hissə dramatikliyi ilə fərqlənib. Lakin yenə “Rabitə”nin voleybolçularının səviyyəsi və təcrübəsi setin taleyini həll edib. Bu dəfə 27:25 hesabı ilə qalib gələn komandamız ardıcıl 3-cü qələbəsini 3 xalla başa vurub.
Beləliklə, “Rabitə” I dövrəni lider kimi bitirib.
Qrupumuzun digər matçında “Villa Kortese” (İtaliya) “Agel”lə (Çexiya) qarşılaşacaq.
Çempionlar Liqası
III tur
B qrupu
13 noyabr
“Atom” (Polşa) - “Rabitə” (Azərbaycan) - 0:3 (19:25, 22:25, 25:27)
Hakimlər: Romeo Marin Nikolae (Rumıniya), Flipp Vericke (Fransa)
Sopot, Hala Eqro Arena

Rabitə | 3 | 3 | 0 | 9-1 | 249-206 | 9 |
Villa Kortese | 2 | 1 | 1 | 4-4 | 180-185 | 3 |
Atom | 3 | 1 | 2 | 4-6 | 230-231 | 3 |
Agel | 2 | 0 | 2 | 0-6 | 114-151 | 0 |
0
0