Polşanın fəthi üçün yola düşdülər
13.11.2012 - 03:28
Polşanın fəthi üçün yola düşdülər
Çempionlar Liqasında Azərbaycanı təmsil edən Bakının "Lokomotiv" komandası səfərə çıxır. Apasport.az xəbər verir ki, voleybolçularımız bu gün səhər saatlarında "Bank Fakro" ilə oyun üçün Varşava yollanır. Oradan matçın baş tutacağı Muşina şəhərinə keçəcək komandamız Polşada iki məşqə çıxacaq.

Qeyd edək ki, "Bank Fakro" - "Lokomotiv" görüşü noyabrın 15-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.