“Qorxuram ki, “Rabitə” ilə matçda yorğunluq özünü göstərsin”
13.11.2012 - 10:09
“Qorxuram ki, “Rabitə” ilə matçda yorğunluq özünü göstərsin”
“Qorxuram ki, yetirmələrimdə bu gün “Rabitə” ilə matçda yorğunluq özünü göstərsin”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” klubunun baş məşqçisi Yeji Matlak deyib.

Təcrübəli mütəxəssis “Rabitə” ilə bu gün Çempionlar Liqası çərçivəsində keçirəcəkləri görüş öncəsi ehtiyatlı danışıb. Belə ki, daha əvvəl iddialı sözləri ilə diqqət çəkən mütəxəssis qarşılaşmanın başlamasına saatlar qalmış ehtiyatlandıqlarını etiraf edib: “Polşa çempionatının son matçında oynayanların bəzilərinə ola bilsin ki, istirahət verəcəyəm. Çünki komandamız üçün ölkə birinciliyi bizim üçün daha vacibdir”.

Qeyd edək ki, “Atom” – “Rabitə” görüşü saat 21:00-da başlayacaq.