Dünya rekordçusu, 2 azərbaycanlı və 1 amerikalı - FOTO
13.11.2012 - 15:08
Dünya rekordçusu, 2 azərbaycanlı və 1 amerikalı - FOTO
Qadın voleybolçular arasında 1 oyunda xal sayına görə dünya rekordçularının adları açıqlanıb. Apasport.az saytı xəbər verir ki, yeni siyahıda Azərbaycan çempionu “Rabitə”nin hücumçusu Madeleyne Montano liderlər qrupunda qərarlaşıb.

Kolumbiyalı legionerimiz 2011-ci ilin dekabrında Cənubi Koreyanın “Daejeon” klubunun heyətində bir oyunda nə az, nə çox - 54 xal toplayaraq, cədvəldə Besanya de la Kruzla (Dominikan Respublikası) ilk 2 yeri bölüşür. 3-cü pilləni isə onlardan 1 xal az yığan kubalı Yumilka Ruiz tutur.

Siyahıda Azərbaycan millisinin 2 voleybolçusu da yer alır. Bunlar Polina Rəhimova və Natalya Məmmədovadır. Hazırda zədəli olan və “Azərreyl”ə məxsus olan Polina (2011) 48 xalla argentinalı Georgina Pinedo ilə 7-8-ci yerləri bölüşür. Natalya (2006) isə komanda yoldaşından 1 xal geri qalmaqla 9-cudur.

Cədvəldə “İqtisadçı”nın amerikalı legioneri Nansi Mefkalf da var. Ötən mövsüm “Lokomotiv”lə “Çelenc Cup”ı qazanan və Super Liqanın ikincisi olan hücumçu 6-cı yerdədir. O, 2002-ci ildə bu uğura imza atıb.

Qeyd edək ki, cədvəldə 40-da çox xal toplayan 54 rekord göstərilib.