Qələbədə pay sahibləri
14.11.2012 - 10:14
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Atom” (Polşa) - “Rabitə” (Azərbaycan) matçının bombardirinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Reçel Rurk olub.
Rəqibin hücumçusu təmsilçimizdən 18 xal alıb. “Rabitə”nin heyətində isə son qarşılaşmalarda olduğu kimi Madeleyne Montano məhsuldarlığı ilə fərqlənib. Kolumbiyalı oyunçu 17 xal toplayıb.
Marçello Abbondanzanın digər yetirmələrindən Foluke Akinradevo 14, Angelina Qrün 8, Dobriana Rabadjiyeva 6, Katarjina Skorupa ilə Mira Qoluboviç hərəyə 3 və Sanya Staroviç 1 xala sevinib.
Qeyd edək ki, 3-cü görüşdə 3-cü qələbə “Rabitə”ni qrupun vahid lideri edib.

0
0