Yeji Matlak: Bacardığımızı etdik
14.11.2012 - 10:44
Yeji Matlak: Bacardığımızı etdik
Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” (Azərbaycan) ilə oyundan sonra Polşanın “Atom” klubunun baş məşqçisi Yeji Matlak fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yaxşı mübarizə üçün əllərindən gələni etdiyini bildirib.

Onun sözlərinə görə, qarşılaşmanın taleyini “Rabitə”nin ehtiyat skamyasının geniş olması həll edib: “Biz bacardığımızı ortaya qoyduq. Ancaq rəqibimiz heyətinin genişliyi üzündən bir sıra variantlardan yararlandı. Bu da matçın nəticəsini müəyyənləşdirdi. Mən Reçel Rurkun oyunundan isə çox razı qaldım. O, çox gözəl mübarizə apardı”.

Qeyd edək ki, “Rabitə” görüşdə 3:0 hesabı ilə qalib gəlib.