“Bakı-Azəryol” almanlara uduzdu
15.11.2012 - 00:50
“Bakı-Azəryol”  almanlara uduzdu
Bu gün “Bakı-Azəryol” CEV kubokunun 1/8 final mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Almaniyanın “Rote Raben” klubu ilə münasibətinə aydınlıq gətirib.

Təəssüf ki, komandamız Almaniya səfərində qələbə qazana bilməyib. Çünki kifayət qədər güclü və hazırda yaxşı formada olan rəqib yerli azarkeşlər qarşısında oynayıb.

Belə ki, ilk seti uduzduqdan sonra görüşdə tarazlıq yaradan “Bakı-Azəryol” son 2 hissədə zəif çıxış edib və məğlubiyyətlə barışıb. Lakin bu təmsilçimizin mərhələ adlamaq şansının üstündən xətt çəkməyib. Çünki cütün qalibi noyabrın 20-də Bakıda müəyyənləşəcək ki, “Bakı-Azəryol” də bundan lazımınca yararlana bilər.


CEV kuboku
1/8 final, ilk oyunlar


14 noyabr
“ROTE RABEN” (ALMANİYA) - “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) - 3:1 (25:15, 22:25, 25:23, 25:15)
Hakimlər: Domromir Dobrev (Bolqarıstan), Koen Luts (Belçika)
Filsbiburq, Ballşporthalle

Qeyd edək ki, “Bakı-Azəryol” ilk mərhələdə Sloveniyanın “Maribor” klubunu mübarizədən kənarlaşdırıb.