“Azərbaycan klubunun heyəti çox güclüdür” - FOTO
14.11.2012 - 12:08
“Biz “Lokomotiv” barədə ətraflı məlumata malik deyilik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” klubunun baş məşqçisi Boqdan Servinski deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasında Bakının “Lokomotiv” klubu ilə oyun öncəsi fikrini açıqlayıb. O bildirib ki, “dəmiryolçular” güclü voleybolçulara malik olsalar da, yetirmələrinə böyük ümid bəsləyir: “Azərbaycan klubunun heyəti çox güclüdür, səviyyəli voleybolçulardan təşkil olunub. Çünki Bakı təmsilçisinin büdcəsi də böyükdür. Ancaq sözsüz ki, mən komandama inanıram. Fikrimcə, oyunçularım özlərini yaxşı tərəfdən göstərə biləcəklər”.
Qeyd edək ki, “Bank Fakro” – “Lokomotiv” matçı sabah keçiriləcək.

0
0