“Hər qələbə bizi növbəti matçlara daha yaxşı kökləyir”
14.11.2012 - 12:52
“Rabitə”nin voleybolçusu Çempionlar Liqasında Polşa “Atom”u ilə matçda münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin serbiyalı kapitanı Mira Qoluboviç 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada əla oyun nümayiş etdirdiklərini deyib.
Onun sözlərinə görə, Çempionlar Liqasında qazandıqları 3-cü 3 xal komandanın düşərgəsində əla ab-hava yaradıb: “Polşa çempionu blokda və müdafiədə bizi yaxşı oyunu ilə təəccübləndirdi. Lakin yekunda “Rabitə” qalib gəlib gəldi, çünki meydanda daha güclü idik. Hər qələbə bizi növbəti matçlara daha yaxşı kökləyir”.

0
0