Kişi kimi oynayan qadın
14.11.2012 - 13:39
Kişi kimi oynayan qadın
“Qarşılaşmaya əsəbi başladıq. Amma ilk setin ortalarında özümüzə gələ bildik. Bu baxımdan mövsümdə yaxşı oyunlarımızdan birini keçirdik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” klubunun voleybolçusu İzabela Belçik deyib.

Komandasının kapitanı Çempionlar Liqasında “Rabitə”yə 0:3 hesablı məğlubiyyəti öz səhvləri ilə əlaqələndirib: “Rəqib çox güclü idi. Düzdür, hücumda kişi kimi oynadıq. Təəssüf ki, son 2 hissənin sonlarında çox top itkilərinə yol verdik. Buna görə də 1 set də belə qalib gələ bilmədik”.