“Məqsədimiz üçün uzun və çətin yolları arxada qoymalıyıq”
14.11.2012 - 14:14
“Müdafiədə və blokda yaxşı oynadıq. Bunun nəticəsində də matçı istədiyimi nəticə ilə bitirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin amerikalı voleybolçusu Foluke Akinradevo deyib.
Təcrübəli blokçu Çempionlar Liqasında Polşa “Atom”u ilə oyun barədə danışıb. Akinradevonun bildirib ki, 3 görüşdə 3 xal qazandıqları üçün sevinclidir: “Biz mübarizənin gərgin olacağını bilirdik. Rəqib də kifayət qədər müqavimət göstərdi. Lakin komandamız vacib 3 xalı qazandı”.
O polşalı həmkarlarımıza “Rabitə”nin hədəflərini bir daha açıqlayıb: “Bizim çox güclü komandamız var və əsas məqsədimiz “Dördlər finalı”na yüksəlməkdir. Əlbəttə bunun üçün uzun və çətin yolları arxada qoymalıyıq”.
Akinradevo ötən mövsüm oynadığı Krasnodar “Dinamo”su və Rusiya ilə Azərbaycanla şərəfini qoruduğu “Rabitə”ni də müqayisə edib: “Sözsüz ki, Azərbaycan maraqlı ölkədir. Buranın Super Liqasında da yaxşı və güclü klublar mübarizə aparır. “Rabitə”nin seçdiyim üçün isə xoşbəxtəm. Orada ingilis dilini bildiyimdən komanda yoldaşlarımla da bu dildə danışıram”.

0
0