“Lokomotiv” Polşada çətinlik çəkmədi
15.11.2012 - 23:00
Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə “Lokomotiv” “Bank Fakro” (Polşa) ilə gücünü yoxlayıb.
Komandamızı Muşinada çətin görüş gözlədiyi gözlənilsə də, bu belə olmayıb. II turda Moskva “Dinamo”suna asan qalib gələn “dəmiryolçular” Polşa səfərindən də 3 xalla qayıdıblar.
Oyuna fəal başlayan Bakı təmsilçisi ilk setdə qələbədən sonra üstünlüyü əldən versə də, son 2 hissədə uğurlu nəticəyə imza ataraq, 3-cü rəqibini də məğlub edib. “Lokomotiv” 3 xal sayəsində isə həm qrup liderliyini qoruyub, həm də növbəti mərhələyə yüksəlmək şansını artırıb.
Qrupumuzun digər matçında “Dinamo” (Rusiya) “Srvena Zvezda” (Serbiya) ilə münasibətinə aydınlıq gətirəcək.
Çempionlar Liqası
III tur
F qrupu
15 noyabr
“Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan) - 1:3 (20:25; 25:11; 17:25; 15:25)
Hakimlər: Dusan Riçlik (Çexiya), Heyke Kraft (Almaniya)
Muşina, Hala Muşina
Qeyd edək ki, “Lokomotiv”dən öncə Çempionlar Liqasında “Rabitə” və “Azərreyl” də müvafiq olaraq Polşanın “Atom” və “Tauron” klubları ilə qarşılaşıb. Hər 2 görüşdə Bakı təmsilçiləri qələbə qazanıblar.

Lokomotiv | 3 | 3 | 0 | 9-3 | 274-222 | 8 |
Bank Fakro | 3 | 1 | 2 | 6-6 | 254-238 | 4 |
Dinamo | 2 | 1 | 1 | 3-5 | 160-177 | 2 |
Srvena Zvezda | 2 | 0 | 2 | 2-6 | 137-188 | 1 |

0
0