Boqdan Servinski təmsilçimizə məğlubiyyətdən danışdı
16.11.2012 - 11:33
Boqdan Servinski təmsilçimizə məğlubiyyətdən danışdı
“Görüş bizim üçün çətin alındı. 4 set oynadıq, hamısında da kifayət qədər səhvlərə yol verdik. Özü də elə əvvəlkiləri təkrarladıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinski deyib.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasında “Lokomotiv”ə 1:3 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, Bakı təmsilçisi məhz yetirmələrinin səhvləri sayəsində qalib gəlib: “Qoy hərə öz işini görsün. Çünki yetirmələrimdə mübarizə görmədim və bu səbəbdən də 1:3 hesabı ilə uduzduq”.

Qeyd edək ki, “Bank Fakro” – “Lokomotiv” görüşündən sonra ev sahibləri 3-cü yeri düşüb, təmsilçimiz isə liderliyini möhkəmlədib.