Azərbaycan – Portuqaliya matçı çernoqoriyalılara tapşırıldı
16.11.2012 - 14:20
Azərbaycan – Portuqaliya matçı çernoqoriyalılara tapşırıldı
Qadın həndbolçular arasında DÇ-2013-ün seçmə mərhələsində Azərbaycan – Portuqaliya matçını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, noyabrın 21-də ABU-Arenada baş tutacaq qarşılaşma çernoqoriyalı ədalət təmsilçilərinə həvalə edilib.

Belə ki, komandaları oyuna Yelena Vuyaciçlə Angelina Kazaneqra çıxaracaqlar. Görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Rəfiqə Şabanovanın yetirmələri qrupda hələlik 1 matç keçiriblər və Türkiyə həndbolçularına 35:19 hesabı ilə uduzublar. Portuqaliyalılar isə “ay-ulduzlular”a 38:36 hesabı ilə qalib gəlib.