Azərbaycan çempionu üçün Vyanada püşkatma
16.11.2012 - 14:35
Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin püşkatmasının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti”ni mübarizədən kənarlaşdıran Azərbaycan çempionu ABU rəqibini noyabrın 20-də tanıyacaq.
Mərasim Avropa Həndbol Federasiyasının mənzil-qərargahı Vyanada Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, 1/16 final mərhələsinin bütün iştirakçıları noyabrın 18-də müəyyənləşəcək.
Mərasim Avropa Həndbol Federasiyasının mənzil-qərargahı Vyanada Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, 1/16 final mərhələsinin bütün iştirakçıları noyabrın 18-də müəyyənləşəcək.
0
0