“Lokomotiv” və “Rabitə” TOP-10-da, “Azərreyl” ofsaydda
16.11.2012 - 16:04
Çempionlar Liqasının I dövrəsinin yekununa əsasən ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından “Lokomotiv” və “Rabitə”nin oyunçuları ilk “10-luq”da yer alıblar.
Belə ki, yalnız “Azərreyl”in üzvlərinin yer almadığı (klubun ən məhsuldar voleybolçusu Meqan Hodj 43 xalla 23-cü yerləri bölüşür) dekadada ən yaxşı göstəricimiz “Lokomotiv”in çexiyalı hücumçusu Aneta Havlikovaya məxsusdur. Mövsümün əvvəlində “dəmiryolçu” olan legionerimiz 69 xalla 2-ci pillədə qərarlaşıb. O, birinci olan “Qalatasaray”lı Rosir Karderon Diasdan 1 xal geri qalır ki, bu da səbəbsiz deyil. Çünki kubalı Havlikovadan 1 set artıq oynayıb.
“Rabitə”nin voleybolçusu Madeleyne Montano isə cədvəldə 8-cidir. O, Diasdan 13 xal geri qalır. Kolumbiyalı legionerimiz isə liderdən 3 hissə az meydanda olub.

Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Rosir Karderon Dias | Qalatasaray | 3 | 13 | 70 |
2. Aneta Havlikova | Lokomotiv | 3 | 12 | 69 |
3. Tatyana Bokan | Myulhaus | 3 | 12 | 65 |
...8. Madeleyne Montano | Rabitə | 3 | 10 | 57 |
0
0