“Həyatımda heç vaxt belə bir şey olmamışdı” – MÜSAHİBƏ
19.11.2012 - 12:35
“Rabitə”nin sabiq voleybolçusu Nataşa Osmokroviç Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilə Azərbaycan və dünya çempionu olan xorvatiyalı universal oyunçu ölkəmizdəki karyerasına da toxunub. O, qazandığı titulları arasında ən sevimlisinin də adını açıqlayaraq, buna məhz “Rabitə” ilə imza atdığını deyib. Hazırda Moskva “Dinamo”sunun şərəfini qoruyan 36 yaşlı Osmokroviç idmandan kənar məqamlardan da danışıb.
- “Dinamo”da işləyən fiziki hazırlıq üzrə məşqçi Dəmir Kolets sizin həyat yoldaşınızdır?
- Tamamilə doğrudur.
- Əvvəlki klublarınızda da sizlə birgə işləyib?
- Son 3 mövsümdə bəli. “Fənərbaxça”da 2 il, “Rabitə”də 1 il.
- “Dinamo”da olduğu kimi, harada özünüzü rahat hiss edirdiz? Çoxsaylı titullarınızdan hansını daha çox qiymətləndirirsiniz?
- Çox çətin sualdır. Hər yerdə maraqlı idi. Mənim komandalarla da bağlı bəxtim gətirib. Praktiki olaraq, həmişə dünya ulduzları ilə birgə oynamışam. Yəqin ki, ötən il “Rabitə” ilə birgə Dohadakı klublararası dünya çempionatındakı qələbəni qeyd edərdim. Biz finalda Türkiyənin güclü – “Vakıfbank” klubunu darmadağın etdik. Mən isə 16 xal yığdım və birdən-birə 4 fərdi mükafat qazandım. Bunadək həyatımda heç vaxt belə bir şey olmamışdı. Həmin gün mən inanılmaz qürur hissi keçirdim (gülür).
- Ötən il “Rabitə”də Zoran Qayiçin rəhbərliyi altında oynamaq necə təəssürat oyatdı? 2000-ci ildə serbləri Sidney Olimpiadasının qalibi edən Rusiya millisini sabiq baş məşqçisi kişi voleybolundan qadın voleyboluna tez kökləndi?
- Mənə elə gəldi ki, Qayiç əvvəl özünü bir az narahat hiss edirdi. Ancaq fikrimcə, onun məhz kişi elementlərini oyunumuzda tətbiq etməsi Azərbaycan və dünya çempionatında qalib olmağımızda köməyimizə gəldi. Bu mənim üçün həddən artıq faydalı təcrübə idi. Qayiç yeriyən ensiklopediyadır. “Rabitə”də voleybol haqda çox şey öyrəndim. Buna görə Zorana çox minnətdaram.
- Rusiya çempionatı maliyyəsinə görə Avropada çoxdan lider idi. Siz turnirin idman səviyyəsi haqda bunu deyə bilərsiz?
- Bəli. Hesab edirəm ki, bu gün Rusiya Super Liqası Türkiyə, İtaliya və Azərbaycan çempionatlarını qabaqlayır. Buna görə də bütün aparıcı voleybolçular oraya can atırlar.
- Hobbiləriniz də maraqlıdır...
- Oxumağı, filmə baxmağı, skaypda danışmağı və şəkil çəkdirməyi xoşlayıram.
- Sirr deyilsə, indi nə oxuyursuz?
- Yaddaşı necə məşq etdirməli barədə araşdırmanı. Bədii ədəbiyyat da xoşuma gəlir. Ancaq bunu iPad vasitəsilə qəbul edirəm. Hər yerə özünlə kitabları aparmaqsa, çox çətindir (gülür).
- Digər idman növləri ilə məşğul olursuz?
- Necə deyim... Uşaqlıqda üzgüçülük, basketbol, həndbol və tennislə məşğul olmuşam. Balet məktəbinə baş çəkmişəm. Ancaq həyatımda voleybol o qədər çox olub ki, indi boş vaxtımda idman haqda ümumiyyətlə fikirləşməyi üstün tuturam. Sakitlikdən ötrü ölürəm. Hansısa mənzərəli yerdə tilovla otura bilərəm. Yaxud oğlumla boulinq kluba istirahətə gedə bilərəm.
- Böyük teatrda baletə gedib çıxa bilərsiz?
- Bu, mənim arzumdur. Ümid edirəm ki, bu tezliklə həyata keçəcək.

0
0