2015-ci il Avropa çempionatını keçirəcək ölkələr bilindi
19.11.2012 - 12:40
2015-ci il Avropa çempionatını keçirəcək ölkələr bilindi
Voleybol üzrə 2015-ci il Avropa çempionatlarının keçiriləcəyi şəhərlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 il sonra kişi komandalar İtaliya və Bolqarıstanda, qadın yığmalar isə Hollandiya və Belçikada qitənin ən güclüsünü müəyyənləşdirəcəklər.

Bu haqda qərar Avropa Voleybol Konfederasiyasının (CEV) XXXIII konqresində qəbul olunub. Tədbirə 48 ölkədən nümayəndə qatılıb ki, bunlar arasında Azərbaycan Voleybol Federasiyası qurumun baş katibi Elşən İsmayılov və beynəlxalq əlaqələr şöbəsinin üzvü Mixael Frişman da yer alıb.