Təmsilçimiz “Fakel”ə də gücünü göstərdi
19.11.2012 - 14:22
Qadın voleybolçular arasında Rusiya Superliqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Fakel”i qəbul edib.
CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”nın da rəqibi olan Omsk təmsilçisi 3:1 (27:25, 23:25, 25:13, 25:20) hesabı ilə qalib gəlib. Məmmədova matçda komandasına 27 xal qazandırıb.
Bu görüşdən sonra “Omiçka” xallarının sayını 13-ə çatdırıb və 6-cı yerə yüksəlib.
Yeri gəlmişkən, Çempionlar Liqasında “Lokomotiv”in rəqibi Moskva “Dinamo”su da Rusiya çempionatında növbəti qarşılaşmasına çıxıb. Onlar “Yenisey”ə 3:0 (25:18, 25:19, 25:16) hesabı ilə qalib gələrək, Kazan “Dinamo”su ilə 1-2-ci yerləri bölüşür (18 xal).

0
0