“Rabitə” və “Lokomotiv” pley-offun 1 addımlığında, “Azərreyl” qələbə arzusunda
19.11.2012 - 16:33
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, azarkeşlər IV turda ikinci dəfə Azərbaycan – Polşa klublarının duelinə şahidlik edəcəklər. Yenə də 3 Bakı təmsilçisi 3 eyni ölkənin klubuna qarşı mübarizə aparacaq.
İlk oyun günündə “Azərreyl” meydana çıxacaq. Alessandro Çiappininin yetirmələri “Tauron” növbəti dəfə münasibətlərinə aydınlıq gətirəcək. Bakıda qələbə qazanan “Azərreyl”in uğurunu təkrarlaması vacibdir. Əks halda komandamız işini çətinə salacaq.
“Dəmiryolçular”ın səfərdən ən azı 2 xalla qayıdacaqları inandırıcıdır. Onların həm də hələ qələbə üzününə həsrət qalan rəqibini sevindirmək istəkləri proqnozlaşdırılmır.
“Azərreyl”dən bir gün sonra “Lokomotiv” yerli fanatları qarşısında “Bank Fakro”nu qəbul edəcək. Polşada asan qələbə qazanan komandamızın burada da 3 xalı bayram edəcəyi gözləniləndir. Mövsümün sürpriz klublarından sayılan “Loko” qələbə sayəsində pley-off arzusunu demək olar rəsmiləşdirəcək.
Çempionlar Liqasında hələ 1 xal belə itirməyən “Rabitə” isə IV turun görüşünü noyabrın 22-də keçirəcək. Azərbaycan çempionunun “Atom” qarşısında büdrəyəcəyi mümkünsüzdür. Çünki analoji yarışda Bakıda cəmi 1 dəfə uduzan ən titullu komandamız bu dəfə də yalnız 3 xalı hədəfləyib. “Rabitə” də qələbə sayəsində növbəti mərhələ arzusunu reallaşdıracaq. Belə ki, “Villa Kortese” “Agel”ə “quru hesabla” qalib gələcəyi halda, son 2 turda təmsilçimiz qrup liderliyi uğrunda qüvvəsini sınayacaq.
Çempionlar Liqası
IV tur
B qrupu
22 noyabr
18:00. “Rabitə” (Azərbaycan) - “Atom” (Polşa)
Hakimlər: Frank Qarzoff (Almaniya), Yuri Bakunoviç (Belarus)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
21 noyabr
21:00. “Agel” (Çexiya) - “Villa Kortese” (İtaliya)
D qrupu
20 noyabr
21:00. “Tauron” (Polşa) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Alin Mateyzer (Rumıniya), Omero Satanassi (İtaliya)
Dabrova Qornitsa, “Sentrom”
22 noyabr
20:00. “Əczaçıbaşı” (Türkiyə) - “Dresdner” (Almaniya)
F qrupu
21 noyabr
18:00. “Lokomotiv” (Azərbaycan) - “Bank Fakro” (Polşa)
Hakimlər: Lusian-Vasile Nastase (Rumıniya), Dusan Hodon (Slovakiya)
Bakı, Voleybol Mərkəzi
20 noyabr
“Dinamo” (Rusiya) - “Srvena Zvezda” (Serbiya)

Rabitə | 3 | 3 | 0 | 9-1 | 249-206 | 9 |
Villa Kortese | 3 | 2 | 1 | 7-5 | 277-274 | 6 |
Atom | 3 | 1 | 2 | 4-6 | 230-231 | 3 |
Agel | 3 | 0 | 3 | 1-9 | 203-248 | 0 |
D qrupu
20 noyabr
21:00. “Tauron” (Polşa) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Alin Mateyzer (Rumıniya), Omero Satanassi (İtaliya)
Dabrova Qornitsa, “Sentrom”
22 noyabr
20:00. “Əczaçıbaşı” (Türkiyə) - “Dresdner” (Almaniya)
Əczaçıbaşı | 3 | 3 | 0 | 9-1 | 246-198 | 9 |
Azərreyl | 3 | 2 | 1 | 6-5 | 252-219 | 6 |
Dresdner | 3 | 1 | 2 | 4-8 | 233-281 | 2 |
Tauron | 3 | 0 | 3 | 4-9 | 265-298 | 1 |
F qrupu
21 noyabr
18:00. “Lokomotiv” (Azərbaycan) - “Bank Fakro” (Polşa)
Hakimlər: Lusian-Vasile Nastase (Rumıniya), Dusan Hodon (Slovakiya)
Bakı, Voleybol Mərkəzi
20 noyabr
“Dinamo” (Rusiya) - “Srvena Zvezda” (Serbiya)
Lokomotiv | 3 | 3 | 0 | 9-3 | 274-222 | 8 |
Dinamo | 3 | 2 | 1 | 6-6 | 258-246 | 5 |
Bank Fakro | 3 | 1 | 2 | 6-6 | 254-238 | 4 |
Srvena Zvezda | 3 | 0 | 3 | 3-9 | 206-286 | 1 |
0
0