Avrokubokda növbəti sınaq
19.11.2012 - 17:12
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmaları başlayacaq. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan təmsilçilərindən “Bakı-Azəryol” noyabrın 20-də meydana çıxacağı halda, “İqtisadçı” 1 gün sonra gücünü yoxlayacaq.
“Bakı-Azəryol” rəqibini paytaxtımızda sınağa çəkəcək. Almaniya “Rote Raben”i ilə görüşdə komandamızın şansı az qiymətləndirilsə də, yerli azarkeşlərin dəstəyi sayəsində mərhələ adlamağımız mümkündür. Bunun üçün öncə Aleksandr Çervyakovun yetirmələri səfərdəki məğlubiyyətin əvəzini çıxmalı, ardınca “Qızıl set”ə ümid etməlidir.
Onlardan fərqli, “İqtisadçı” səfərdə oynasa belə 1/4 finala 1 addım yaxındır. Çünki universitet komandası Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”ya artıq gücünü göstərib. Onlar Omskda yenə uğurlu çıxış edəcəkləri halda rəqibin Azərbaycan klubları ilə bacarmadığını bir daha sübuta yetirəcəklər.
Lakin məğlubiyyət belə son olmayacaq. Bülənt Karslıoğlunun yetirmələri həmin zaman “Qızıl set”ə bel bağlayacaqlar.
CEV kuboku
1/8 final, cavab oyunları
20 noyabr
18:00. “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) - “ROTE RABEN” (ALMANİYA)
Hakimlər: Mehmet Dəmirdələn (Türkiyə), İlya Penkov (Bolqarıstan)
Bakı, Voleybol Mərkəzi
İlk oyun
“ROTE RABEN” (ALMANİYA) - “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) - 3:1 (25:15, 22:25, 25:23, 25:15)
21 noyabr
16:00. “OMİÇKA” (RUSİYA) - “İQTİSADÇI” (AZƏRBAYCAN)
Hakimlər: Mixaylo Medved (Ukrayna), Eduard Botezatu (Rumıniya)
Omsk, Viktor Bilanov adına İdman-Konsert Kompleksi
İlk oyun
“İQTİSADÇI” (AZƏRBAYCAN) – “OMİÇKA” (RUSİYA) - 3:1 (22:25, 25:11, 25:20, 25:17)

0
0