Marçello Abbondanza: Biz müsbət tendensiyanı dayandırmayacağıq
19.11.2012 - 17:44
Marçello Abbondanza: Biz müsbət tendensiyanı dayandırmayacağıq
“Görürəm ki, matçdan matça oyunumuzu yaxşılaşdırırıq. Hətta bəzən problemlərlə üzləşsək də, bu, işimizə mənfi təsir etmir. Çünki heç də həmişə tam heyətlə çalışa bilmirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rabitə”nin baş məşqçisi Marçelo Abbondanza deyib. İtaliyalı çalışdırıcı Çempionlar Liqasının IV turunda Polşanın “Atom” klubu ilə Bakıdakı oyun öncəsi komandasının durumunu qiymətləndirib.

Onun sözlərinə görə, hər qazandıqları qələbə onları daha da ruhlandırır: “Ümid edirəm ki, biz bu müsbət tendensiyanı dayandırmayacağıq. Azarkeşlərimizi qələbələrimizin davamı ilə sevindirmək istəyirik. Bunu artıq növbəti oyunumuzda reallaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, “Rabitə” səfərdə 3:0 hesabı ilə məğlub etdiyi “Atom”u noyabrın 22-də qəbul edəcək.