“Bakıda da qalib gəlmək üçün böyük səy göstərməliyik”
19.11.2012 - 19:32
“Bakıda da qalib gəlmək üçün böyük səy göstərməliyik”
Almaniyanın “Rote Raben” voleybol klubunun baş məşqçisi Gilyermo Qallardo CEV kubokunun 1/8 final mərhələsində “Bakı-Azəryol”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, evdə 3:1 hesabı ilə qalib gələn almanların çalışdırıcı Bakıda da eyni uğura imza atmaq iddiasındadır.

O, sabah keçiriləcək matçda “Qızıl set”i arzulamır: “Bakı klubu oyun öncəsi çempionatın son turunda qazandığımız qələbə bizə əlavə ruh yüksəkliyi verir. Rəqibimiz yaxşı səviyyədə çıxış edir. Bakıda da qalib gəlmək üçün böyük səy göstərməliyik. Əsas vaxtda qazanacağımız qələbə mərhələ adlamağımız üçün yetərli olacaq. Komandamızın intensiv oyun uğurumuza gedən yolun açarıdır. Biz birgə çox güclü təsir bağışlayırıq”.

Qeyd edək ki, Bakı təmsilçisi ilk oyunda uduzduğundan, cavab matçında istənilən hesabla mütləq qalib gəlməlidir. Belə olan halda, cütün taleyini “Qızıl set” həll edəcək.