“Azərreyl” tay-brekdə uduzdu
20.11.2012 - 23:15
“Azərreyl” tay-brekdə uduzdu
Qadın voleybolçular arasında Çempionlar Liqasının II dövrəsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, IV tur çərçivəsində Polşada “Tauron”un qonağı olan “Azərreyl” Bakıya məğlub qayıdır.

Öz meydanında keçirdiyi ilk görüşdə qələbə qazanan “Azərreyl” bu qarşılaşmaya da uğurla başlayıb. Belə ki, ilk 2 setdə rəqibini məğlub edən komandamız bu üstünlüyü qoruya bilməyib.

Növbəti 2 partiyada qələbə qazanan Polşa təmsilçisi hesabı bərabərləşdirərək, matçın taleyini tay-brekə aparıb. Burada da komandamızdan üstün olan polşalılar ilk dövrədəki yenilginin əvəzini çıxıblar.

D qrupu
20 noyabr

“Tauron” (Polşa) - “Azərreyl” (Azərbaycan) - 3:2 (18:25; 20:25; 25:10; 25:23; 15:12)
Hakimlər: Alin Mateyzer (Rumıniya), Omero Satanassi (İtaliya)
Dabrova Qornitsa, “Sentrom”

Turnir cədvəli: “Əczaçıbaşı” – 9 xal, “Azərreyl” – 7, “Drezdner”, “Tauron” – 2.