“Azərreyl”lə matçda hər şey mümkündür”
19.11.2012 - 21:15
“Biz ötən həftə “Azərreyl”lə oyundan sonra gücünə daha yaxşı bələdik”. Apasport.az saytının məlumatına görə, bunu “Tauron”un voleybolçusu Maqdalena Sliva deyib.
Komandasının kapitanı sabah Çempionlar Liqasının IV turunda qarşılaşacaqları “Azərreyl”lə oyun barədə danışıb. Sliva bildirib ki, bu qarşılaşmada qələbəsiz oyunlar seriyasına son qoymaq arzusundadırlar: “Bakı klubunda çıxış edən Hollandiya millisinin üzvləri – Manon Flier, Debbi Stam və Karolina Vensinki Polşa çempionatından yaxşı tanıyırıq. Rəqibimiz hazırda yaxşı formadadır. Biz oyuna yanaşmanı dəyişib, səhvlərimizi minimuma endirməliyik. Əgər son turda Vrotslavdakı “İmpel Qvardiya” ilə görüşdəki kimi oynasaq, hər şeyin mümkün olduğunu düşünürəm”.
Qeyd edək ki, “Tauron” Polşa çempionatının son turunda səfərdə “İmpel Qvardiya”ya 3:0 (25:20, 25:21, 25:12) hesabı ilə qalib gələrək, 2-ci yerə yüksəlib (15 xal).

0
0